Dini kelamlar

Hz. Əli kəlamları.
Məsləhətləşmək üçün ən layiqli insanlar ağıllı, elmli, təcrübəli və uzaqgörən şəxslərdir.

Təcrübəsi az olan tez aldanar.

Uzaqgörən o kəsdir ki, özünə yaxşı dost seçsin, çünki insan öz dostu ilə seçilib tanılar.

Uzaqgörən o kəsdir ki, öz vədinə əməl etsin, və bu günün işini sabaha qoymasın.

Məşvərət etməyin özü bir qələbədir.

Məşvərətə çağrılan şəxs əmin olmalı və xəyanətə yol verməməlidir.

Hər təcrübədə böyük nəsiyyət vardır.

Hər adamın düşüncəsi, təcrübələri qədərdir.

Qələbə uzaqgörənliklədir, uzaqgörənlik isə təcrübə ilə.

Cətinliklərə və müsibətlərə dözümsüz olmaq, həmin çətiklərin və müsibətlərin özündən də çətindir.

Kişilərin ən yaxşı əxlaqı elimli və dözümlü olmaqdır.

İnsanın gözəlliyi onun səbirli və dözümlü olmasındadır.

Dini kelamlar

Comments

You May Also Like