Şəkərbura paxlava- Məmmədbağır Bağırzadə (Novruz bayramı)

Süfrələrə şam düzün,
Qoy arzular çin olsun!
Şölə saçan alovun biri də mənim olsun!

Səməni nazlı gəlin, incə belində kəmər,
Baharın elçisidir, bəzəkli nəlbəkilər...

Yurdumuza yaz gəlir!
Qoy barışsın küsənlər!
Tale sizə yar olsun
Sevilənlər, sevənlər...

Şəkərbura, paxlava
Bəzək verir xonçaya!
Baharın nemətidir, elə obaya...

Evlərimiz bəzənsin, toy-bayrama qarışsın!
Hər həyətdə bir tonqal,
Ay, ulduzla yarışsın.

Səməni nazlı gəlin, incə belində kəmər,
Baharın elçisidir, bəzəkli nəlbəkilər...

Yurdumuza yaz gəlir!
Qoy barışsın küsənlər!
Tale sizə yar olsun
Sevilənlər, sevənlər...

Qızlar əlində xına,
Xonça düzür yan yana,
Bahar necə yaraşır, Azərbaycana!
Sözlər: Sabir Rüstəmxanlı

Comments

You May Also Like