Xoşbəxtsən sən, dəniz gözlüm

Məni anlamanı, məni sevməyini gözləmirəm. Darıxmadığını da bilirəm.
Xoşbəxtsən sən, dəniz gözlüm. Elə də qal. Düzdür, qəlbimi çox qırmısan.

Amma sənə bəd duam yoxdur. Nə haqqım varsa, halal olsun.
Çünki, mən səni, sən dərd çəkəsən deyə sevməmişdim. Nə yalan deyim, hərdən yadıma düşürsən.
Gecələr tənha qalanda, yuxularım ərşə çəkiləndə, mahnılara qulaq asanda. Dost,tanış sevgilisindən danışanda...
İçimdə bir boşluq buraxdın gedəndən sonra.

Qalsaydın şeirlər yazardım sənə. Yenə şirin xəyallar qurardıq.
Kefsiz vaxtında bir yolun tapıb güldürərdim səni. Amma yoxsan.
Harda xoşbəxtsənsə, orda da qal uzax dur mənnən.

Xoşbəxtsən sən, dəniz gözlüm

Comments

You May Also Like